324
10:50
15 Mart 2019

Yeni Zelandiyada ölənlər arasında azərbaycanlılar varmı? - XİN-dən cavab

Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölənlər və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.
Bu barədə ONA -ya XİN-dən məlumat verilib. Bildirilir ki , Azərbaycanın eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunmuş Avstraliyadakı Səfirliyi bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.