<span style="color:red;">Nadirdən sərt sözlər:  <b>"...səsi gələndə dalğanı dəyişirəm"</b>
30 aprel 2018 10:44 (UTC +04:00)

Nadirdən sərt sözlər: "...səsi gələndə dalğanı dəyişirəm"

 

Azərbaycanlı müğənni Nadir Qafarzadə həmkarı Damlanın ünvanına tənqidi fikirlər səsləndirib. Lent.az-ın məlumatına görə, “Atv maqazin onlarla” verilişinə açıqlama verən N.Qadfarzadə bildirib ki, Damlanın ifa tərzini bəyənmir: “Onun tamaşaçılarına hörmətim var, amma bu xanım nə vaxtsa mənim istədiyim janrda da oxuyar. O demək deyil ki, pis ifaçıdır. Sadəcə, mənim zövqümdə olan müğənni deyil. Siz inanın ki, mən o xanımı hələ dinləməmişəm. Mən peşəkar musiqiçiyəm, peşəkar ifaçılar dinləmişəm deyə, Damlaya qulaq asa bilmirəm. Bundan sonra bir mahnı oxuya bilər, məni yaxşı mənada təəccübləndirə bilər. Xanımın ifa tərzində problem var. Mahnıları bir-birinə oxşayır. Hər mahnını kədərli oxumaq olmaz. Bütün musiqilərində ağlağan, kədərlidir. Bilmirəm, bu, onun həyat tərzidir, yoxsa nə?! Eyni üslubda mahnıları oxuyur. Deyərsiniz ki, bunu dinləməmisən, bəs hardan bilirsən? Ötəri eşitmişəm. Radioda Damlanın səsi gələndə dalğanı dəyişirəm. Məndən inciməsin. Fikrimi açıq deyirəm. Nadir Qafarzadə Eltona, Aygünə, Natavana, Tünzaləyə qulaq asır”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar