<b>Faiq Ağayev türkiyəli müğənni barədə nələr dedi? - <span style="color:red;">VİDEO</b>
17 aprel 2018 18:11 (UTC +04:00)

Faiq Ağayev türkiyəli müğənni barədə nələr dedi? - VİDEO

Xalq artisti Faiq Ağayev Türkiyənin “TRT Müzik” kanalında türkiyəli müğənni Müşerref Akayın aparıcılığını etdiyi “Aziz dostlar” verilişinin ilk qonağı olub. Lent.az-ın məlumatına görə, veriliş M.Akayın sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə aid olan “Çırpınırdı Qara dəniz” mahnısını ifa etməsi ilə başlayıb.

Aparıcı daha sonra Faiq Ağayevi “Azərbaycanın xalq artisti, orada çox sevilən böyük ulduz, əziz dostum Faiq Ağayevi zövqlə dinləyəcəyik” sözləri ilə təqdim edib.

Səhnəyə dəvət olunan xalq artisti illər öncə ifa etdiyi və hələ də dillərdən düşməyən “Dəşti təsnifi”ni səsləndirib.

İfasını bitirən F.Ağayev dəvət üçün M.Akaya təşəkkürün bildirib və yeni verilişi münasibətilə təbrik edib.

Daha sonra Faiq Ağayev repertuarında sevilən mahnıları “Zanqeyar”, “Sən gəlməz oldun”, “Nə məsələdir”, “Uşaq kimi”, “Gəl, səni xoşbəxt eləyim” ilə yanaşı Müşerref Akayla birgə “Sənə də qalmaz” bəstəsini canlı səsləndirib.

İfaçılar “TRT Müzik”in efirində sanki sənət yarışı nümayiş etdirib. Bir-birinin ardınca gözəl musiqilər səsləndirən məşhurlar söhbətə yox, əsl sənətə vaxt ayırıb.

Xalq artisti aparıcıya sürpriz də edib. Belə ki, o, orkestrlə birlikdə “Caddelerde rüzgar” mahnısını canlı ifa edib.

Sənət və musiqi haqda söhbətlərin yer aldığı “Aziz dostlar” verilişində M.Akay indiyədək 29 Azərbaycan mahnısı ifa etdiyini və ölkəyə aşiq olduğunu bildirib.

Faiq Ağayev uzun illərdir dostluq etdiyi Müşerref Akayı Azərbaycana da dəvət edib:

“Sizi Azərbaycan xalqı çox sevir. Ona görə də sizə Azərbaycanın gəlini deyirlər. Türk musiqisi ilə ilk sizin səsinizdən tanış olduq. Sizə olan hörmət tam başqadır.

Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyidir. Bu il Azərbaycana gəlsəniz, bu tam ayrı ləzzət olar”.
 

# 474
avatar

Yalçın UĞUR

Oxşar yazılar