Sentyabrın 22-i saat 19:00-da əməkdar artist Təyyar Bayramov həmkarı muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova ilə birgə Muğam Mərkəzində konsert verəcək. Lent.az-ın məlumatına görə, konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Radiosu və Mədəniyyət kanalının birgə layihəsi çərçivəsində baş tutacaq. Biletlər artıq satışdadır.
Qeyd edək ki, konsertin informasiya dəstəkçisi Lent.az-dır.