Avropanın ən aşağı büdcəli  aviasiya şirkəti
03 may 2024 19:10 (UTC +04:00)

Avropanın ən aşağı büdcəli aviasiya şirkəti

Macarıstanın məşhur “Wizz Air” aviaşirkəti səyahətçilərə istirahət və ya həftəsonu keçirəcəkləri ölkələrdə asudə vaxtlarını şaxələndirməyə kömək etmək üçün turistlər üçün yeni xidmət təqdim edib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aviaşirkət “Experiences” xidmətinin istifadəyə verildiyini elan edib ki, bu xidmət vasitəsilə sərnişinlər müxtəlif tədbirlərə, o cümlədən konsertlərə, sərgilərə, idman yarışlarına və digər tədbirlərə bilet ala biləcəklər.

Bu, aviabiletlərin bron edilməsinə əlavə olaraq edilə bilər. Bir tərəfdən "Wizz Air" turistlərə özləri üçün maraqlı istirahət təşkil etməkdə kömək etmək, digər tərəfdən isə əlavə gəlir əldə etmək qərarına gəlib. 

Qeyd olunur ki, siyahıya 65-dən çox ölkədə keçirilən tədbirlər, məsələn, Disneylend, Luvr muzeyinə ekskursiyalar, Praqada pivə dequstasiyası və s. Mövcud təkliflərin tam siyahısını rəsmi veb saytında tapa bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4284
avatar

Fidan İlqar

Oxşar yazılar