55
18:24
12 İyul 2017

Ağasadıq Gəraybəylinin 120 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Lent.az -ın AzərTac-a istinadən məlumatına görə, 2017-ci ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Ağasadıq Ağəli oğlu Gəraybəylinin anadan olmasının 120 illiyi tamam olur.

Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.