[b]“Neftçi” antirekorda imza atdı[/b]
19 sentyabr 2016 01:52 (UTC +04:00)

[b]“Neftçi” antirekorda imza atdı[/b]

"Neftçi” tarixinin yeni antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Azərbaycan çempionatları tarixində ilk dəfə ardıcıl 4 dəfə məğlub olub.

 

Bakılılar bu antirekordu Topaz Premyer Liqasının V turunun “İnter”lə paytaxt derbisində 1:2 hesabı ilə uduzmaqla rəsmiləşdirib. II turda “Zirə”yə 0:1, III turda “Qarabağ”a 0:3, IV turda “Qəbələ”yə 0:8 hesabı ilə uduzan “Neftçi” məğlubiyyət sayında antirekordu təkrarlamışdı.

 

Belə ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında “ağ-qaralar” daha 4 dəfə 3 oyunluq “qara zolağ”a düşmüşdü. Lakin bu dəfə “Neftçi” “3”lə kifayətlənməyərək, ardıcıl 4-cü yenilgisini alıb.

 

Bununla da paytaxt təmsilçisi 2009, 2012, 2015 və 2016-cı illərdə təkrarladığı 3 oyunluq antirekordunu yeniləyib.

 

Qeyd edək ki, “ağ-qaralar”ın uduzmadığı son oyun I turun AZAL-la matçı olub. Avqustun 6-dakı 2:0 hesablı qələbədən sonra bakılılar 43 gündü xala həsrətdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar