Nyu-Yorkda baş vermiş partlayış nəticəsində 25 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-Yorkun yanğından mühafizə idarəsi məlumat yayıb.
Məlumata görə, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
***** 05.47
Nyu-Yorkda güclü partlayış törədilib, yaralananlar var. APA-nın xəbərinə görə, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, hadisə yerində yerləşən binalardan sakinlər təxliyə olunur. Son məlumata görə, insident nəticəsinə 15 nəfər xəsarət alıb.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.