745
13:35
17 Yanvar 2013

Mahir Şükürov: “Sadıq Sadıqov stimuldur”

“Neftçi”nin futbolçusu Mahir Şükürov Türkiyənin Antalya şəhərində keçirdikləri təlim-məşq toplantısı barədə danışıb. Lent.az -ın məlumatına görə, təcrübəli müdafiəçi klubun rəsmi saytına açıqlamasında kollektivdə əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu bildirib.

31 yaşlı oyunçu klub prezidenti Sadıq Sadıqovun komanda ilə birgə olmasını da xatırladıb: “Bilirik ki, qarşıda bizi uzun marafon gözləyir: Azərbaycan çempionatı və kuboku. Klub prezidenti Sadıq Sadıqov da bu gün komandanın yanındadır və heç bir dəstəyini əsirgəmir. Bu da komanda üçün böyük bir stimuldur. “Neftçi” hər zaman çempionluq üçün oynayıb. Ona görə də öz məsuliyyətimizi dərk edirik”.

Şükürov ilk çempionluğu flaqmanla birgə yaşamaq istədiyini də açıqlayıb: “Mən çempionluq yaşamamışam və bunu “Neftçi” ilə yaşamaq istəyirəm. Bu mövsüm Avropa Liqasının qrupunda çıxış etdik. İndi isə çempion olub Çempionlar Liqasının qrupunda oynamaq istəyirik”.