Misir Mərdanov rektorları nazirliyə yığdı - FOTO
03 dekabr 2012 16:40 (UTC +04:00)

Misir Mərdanov rektorları nazirliyə yığdı - FOTO

Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Məlumata görə, təhsil naziri Misir Mərdanov ali təhsil sahəsində görülmüş işlərdən söhbət açaraq ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədləri, bu sahədə əldə edilmiş nailiyyətlər barədə danışıb. Nazir daha sonra ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsil alana düşən təhsil xərcləri barədə danışıb, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbulun tənzimlənməsi, ali məktəblərdə təhsil alanların yekun attestasiyasının və müəllim hazırlığının təkmilləşdirilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılması ilə əlaqədar məsələlərə toxunub. Təhsil naziri ali təhsil müəssisələrinin Avropa İttifaqı ilə birgə çoxsaylı əməkdaşlıq proqramları həyata keçirdiyini də nəzərə çatdırıb.

Daha sonra təhsil nazirinin təqdimat-məruzəsində toxunduğu məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digərləri ali təhsillə bağlı bir sıra məsələlər barədə fikirlərini bildirib və təkliflərini veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1619

Oxşar yazılar