Qasırğa 60-dan çox insanı öldürdü
29 sentyabr 2024 10:18 (UTC +04:00)

Qasırğa 60-dan çox insanı öldürdü

“Helen” qasırğası ABŞ-ın cənub-şərqində subasmaya yol açıb.

Lent.az-ın “PowerOutage.us” portalına istinadən verdiyi xəbərə görə, qasırğa 63 nəfərin ölümünə səbəb olub, 3 milyon evin elektrik enerjisiylə təchizatı dayanıb.

Sentyabrın 26-dan başlayaraq “Helen” qasırğasından daha çox Florida, Corciya, Cənubi Karolina, Tennessi və digər ştatları əziyyət çəkib. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 km-ə çatıb, dördüncü səviyyəyə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Oxşar yazılar