Meta korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti “Metaverse” (Metaverse) interaktiv virtual məkanının işə salınmasından sonra 201 milyard dollara çatıb.
Lent.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb.
Onun var-dövlətin böyüməsinin iki il çəkdiyi bildirilir. Məlumatda bildirilir ki, əvvəlcə Zukerberq “Metaverse”in işə salınması səbəbilə təxminən 100 milyard dollar itirmişdi.
“Meta”nın rəhbərinin sərvəti ilk dəfə olaraq 200 milyard dolları ötüb. Bloombergin milyarderlər reytinqinə əsasən, Mark Zukerberq 500 ən zəngin insan siyahısında dördüncü yerdədir.