Cəlal Rəhimov, Vətən Müharibəsi iştirakçısı, Artilleriya divizionunun komandiri
29 sentyabr 2024 15:36 (UTC +04:00)

Cəlal Rəhimov, Vətən Müharibəsi iştirakçısı, Artilleriya divizionunun komandiri

Vətən Müharibəsi iştirakçısı olan Artilleriya divizionunun komandiri vəfat etdi

Biləsuvarda Vətən Müharibəsi veteranı vəfat edib.

Lent.az-ın xəbərinə görə, Cəlal Adıböyük oğlu Rəhimov bu  səhər ürəktutmadan vəfat edib.

O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

40 yaşlı C.Rəhimov 2005 - ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi başa vurub. Azərbaycan ordusunun zabiti kimi cəbhə bölgəsində vətənə şərəflə xidmət göstərib. Qüsursuz xidmətlərinə görə çoxsaylı orden və medallara layiq görülüb.

Mayor C.Rəhimov Vətən Müharibəsində  Fizuli, Xocavənd, Tuğ, Şuşa uğurunda qəhrəmancasına döyüşüb. Artilleriya komandiri olub. Müharibədə göstərdiyi şəxsi şücaət və igidliklərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, veteran, müharibədən sonra Şuşada yerləşən hərbi  hissədə Artilleriya divizionunun komandiri olub. Bir il idi ki, ehtiyata buraxılmışdı. Subay idi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Oxşar yazılar