Polşanın cənub-qərbində irimiqyaslı daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Polşa Nazirlər Kabinetinin iclasında məlumat verilib.
Bununla da daşqın qurbanlarının sayı daha 2 nəfər artıb.
Təbii fəlakətlə əlaqədar 4778 nəfər evlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıb.