Bu gün dağıntılar altından çıxarılan Hizbullah lideri Şeyx Həsən Nəsrullah başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib.
Lent.az-ın xəbərinə görə, bu barədə “Al Nahar” qəzeti Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində aparılan tibbi ekspertizanın nəticəsinə əsasən belə məlumat yayıb.
Qeyd edilib ki, Hizbullah lideri bombalanmanın yol açdığı güclü partlayışlar zamanı başından və bədənindən aldığı küt travma nəticəsində ölüb.
***
saat 16.10
Hizbullah lideri Şeyx Həsən Nəsrullahın meyiti dağıntılar altından çıxarılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Qeyd edək ki, Hizbullah lideri İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi zərbə nəticəsində ölüb.