İsrail Ordusu sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Şeyx Həsən Nəsrullahla birgə 20-dən çox Hizbullah üzvünün öldürüldüyünü açıqlayıb.
Lent.az-ın xəbərinə görə, İsrail Ordusu aviazərbə zamanı aşağıdakı şəxslərin öldüyünü açıqlayıb:
Ali Karaki – Hizbullahın cənub cəbhəsinin komandiri;
İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi;
Samir Taufik Diab - Şeyx Həsən Nəsrullahın məsləhətçisi;
Abd al-Amir Məhəmməd Siblini – Hizbullahın qüvvələrinin formalaşdırılmasına məsul şəxs;
Ali Navaf Ayub – Hizbullahın atəş gücünə məsul şəxs:
İbrahim Huseyn Cazini və Samir Taufik Diab Şeyx Həsən Nəsrullaha ən yaxın şəxslər sırasında olub.