Baş prokuror monqolustanlı həmkarıyla görüşdü
29 sentyabr 2024 14:02 (UTC +04:00)

Baş prokuror monqolustanlı həmkarıyla görüşdü

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. 

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, bu gün baş prokuror Kamran Əliyev Monqolustanın baş prokuroru cənab Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror iki ölkə arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq ölkəmizdə həyata keçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib. 

Monqolustanın prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Monqolustanın baş prokuroru səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları eləcə də, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib, həmçinin oktyabrın 1-i Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Kamran Əliyevi təbrik edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Oxşar yazılar