Bakıda dava düşdü , bıçaqlananlar var
30 sentyabr 2024 01:27 (UTC +04:00)

Bakıda dava düşdü, bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.

Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.

Dava zamanı yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar