TQDK: “541 nəfər ikinci mərhələyə keçib”
03 dekabr 2012 13:42 (UTC +04:00)

TQDK: “541 nəfər ikinci mərhələyə keçib”

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Bu barəsdə Lent.az-a TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib.

E. Nağızadə qeyd edib ki, namizədlərə ümumilikdə 100 (80 sual hüquq və ixtisas, 10 sual informatika, 10 sual məntiqi) test tapşırığı təqdim olunub.
Mətbuat katibinin sözlərinə görə, imtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizəddən 421 nəfəri imtahanda iştirak etməyib, 1 nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılıb: “İmtahanda iştirak edən 1716 nəfər namizəddən 541 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçib. İmtahanda ən yüksək nəticə 96 bal olub”.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1430

Oxşar yazılar