Bu qış Azərbaycanda hava necə olacaq? - PROQNOZ
03 dekabr 2012 12:36 (UTC +04:00)

Bu qış Azərbaycanda hava necə olacaq? - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Azərbaycanda 2012-2013-cü ilin qış fəsli üçün mövsümü proqnoz tərtib olunub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fəsillik proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 5 regional mərkəzində, eyni zamanda Şimali Avrasiya İqlim Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin İqlim Dəyişmələri Mərkəzində hazırlanır və təşkilatın bütün üzv ölkələri üçün yayımlanır.


Mövsümü proqnozlar çoxsaylı rəqəmli, dinamik və statistik modellər arasından seçilmiş daha realistik modellərin əsasında tərtib olunur. Yuxarıda göstərilən modellərin nəticələrinə, eyni zamanda Azərbaycanda çoxillik statistik meteoroloji məlumatların təhlilinə görə ölkədə 2012-2013-cü ilin qış fəslində havanın temperaturu iqlim norması daxilində və iqlim normasından bir qədər yüksək olacağı ehtimal olunur.

Qeyd edək ki, dekabr ayının birinci ongünlüyündə temperaturun iqlim normasından 2-3 dərəcə yüksək olacağı, ikinci və üçüncü ongünlüyündə isə əsasən norma daxilində tərəddüd edəcəyi gözlənilir.

Ümumiyyətlə, ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Ölkə ərazində qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz daha tez-tez arktik hava cərəyanlarının təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi gözlənilir. Yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3221

Oxşar yazılar