Yenə duman olacaq
02 dekabr 2012 00:10 (UTC +04:00)

Yenə duman olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Gecə və səhər hava şəraitinin az çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Dekabrın 2-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343

Oxşar yazılar