TQDK-dan rejissor və aktyor olmaq istəyənlərə xəbər
29 noyabr 2012 14:43 (UTC +04:00)

TQDK-dan rejissor və aktyor olmaq istəyənlərə xəbər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən teatr, kino və xoreoqrafiya sənətləri istiqamətli ixtisaslar üzrə seminar keçirilib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Seminarda müzakirələr zamanı ali təhsil müəssisələrinin "aktyor sənəti", "operator sənəti" ixtisasları üzrə 2012/2013-cü tədris ilində qəbul edilmiş qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr 2013/2014-cü tədris ili üçün də olduğu kimi saxlanılaraq qəbul edilib. Ali təhsil müəssisələrinin "rejissorluq" ixtisası üzrə qabiliyyət imtahanlarının proqramlarının təkmilləşdirilməsi istiqamətində onlara bəzi əlavələr və düzəlişlər edilib.

Ali təhsil müəssisələrinin "aktyor sənəti", "rejissorluq", "operator sənəti" ixtisasları üzrə qabiliyyət imtahanlarının qəbul edilmiş proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr, həmçinin ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin "xoreoqrafiya sənəti" ixtisası üzrə seçmə turun proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Teatr, kino və xoreoqrafiya sənətləri" adlı tədris metodiki vəsaitdə nəşr ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2195

Oxşar yazılar