Səhər yeməyində  şorba için:   Çox XEYİRLİDİR
25 dekabr 2023 17:44 (UTC +04:00)

Səhər yeməyində şorba için: Çox XEYİRLİDİR

Alimlərin fikrincə, uzun, sağlam həyat sürmək üçün günə sağlam səhər yeməyi ilə başlamaq vacibdir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, hər səhər bir boşqab sup yemək sağlamlığa faydalıdır.

Şorbanın tərkibində çoxlu lif və vitaminlər var ki, bu da sağlamlığınıza və uzunömürlülüyünüzə kömək edəcək. Xüsusilə hər səhər isti tərəvəz şorbası içmək immunitetin güclənməsində faydalıdır.

Bəs, tərəvəz şorbası necə hazırlanmalıdır?

Vaxta qənaət etmək üçün şorbanı bir neçə gün əvvəl hazırlayın və hissə-hissə dondurun.

Avokado, Parmesan pendiri və ya zeytun yağı kimi bəzi sağlam yağlar əlavə edin.

Şorbanı toyuq və ya hinduşka kimi heyvan zülalları ilə zənginləşdirin.

Su əvəzinə tərəvəz suyu istifadə etmək şorbaya daha da dad verəcək.

# 6297
avatar

Arzu Qurbanlı

Oxşar yazılar