Acun Ilıcalıya pis xəbər  - İki qazanc yerini İTİRDİ
20 iyun 2025 12:55 (UTC +04:00)

Acun Ilıcalıya pis xəbər - İki qazanc yerini İTİRDİ

"Fənərbaxça"dakı vəzifəsindən gedən  Acun Ilıcalı ard-arda pis xəbərlər almağa davam edir. 

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Son günlərdə rəhbərlik daxilində yaşanan fikir ayrılıqları səbəbilə "Fənərbaxça" idman klubundakı vəzifəsindən istefa verən Acun Ilıcalı, qısa müddət sonra platformasının ən iddialı iki layihəsini də itirib.

Baş rollarında Feyyaz Yiğit, Kıvanç Kılınç və Ahmet Kürşat Öçalanın yer aldığı “Gibi” serialının ardından, "Exxen"in ən çox izlənən və Türkiyənin ən çox müzakirə olunan layihələrindən biri olan “Konuşanlar” proqramının da platformanı tərk etməsi sektor daxilində böyük səs-küyə səbəb olub. "Exxen"dən nə qədər qazandığı üzə çıxmışdı

Əldə olunan məlumata görə, Hasan Can Kaya-ya bu müddətdə bir çox platformadan təkliflər gəlib, lakin hələlik yeni mövsüm üçün rəsmi müqavilə imzalanmayıb.

Kaya-nın "Exxen"dən nə qədər qonorar aldığı dəqiq bilinməsə də, məşhur komediyaçı ötən il verdiyi bir müsahibədə ildə 30 milyon lirə vergi ödədiyini açıqlamışdı. Vergi mütəxəssisləri bu açıqlamaya əsaslanaraq, Kaya-nın 2024-cü il üçün illik gəlirinin 70–80 milyon TL arasında olduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar