Meyvə yeyən adamlar daha yaxşı  yatırlar - ARAŞDIRMA
18 iyun 2025 13:33 (UTC +04:00)

Meyvə yeyən adamlar daha yaxşı yatırlar - ARAŞDIRMA

Pis yuxu ürək sağlamlığına, yaddaşa, öyrənmə qabiliyyətinə və əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər. Lakin indi alimlər yuxusuzluqla mübarizə aparmağın yeni üsulunu kəşf ediblər və bu üsulun nəticələri cəmi bir sutka ərzində müşahidə oluna bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, meyvə yeməyi daha dərin yuxuya səbəb olur.

Gün ərzində daha çox meyvə və tərəvəz yeyənlərin gecə daha dərin və fasiləsiz yuxu keçirdiyi müşahidə olunub. Alimlər bildirirlər ki, tam taxıllar kimi sağlam karbohidratlar qəbul edənlər daha yaxşı yuxuya nail olurlar.

Ümumilikdə tədqiqatçılar hesablayıblar ki, gündə beş fincan meyvə və tərəvəz yeyən insanlar meyvə və tərəvəz qəbul etməyənlərlə müqayisədə yuxunun keyfiyyətində 16 faizlik yaxşılaşma müşahidə edirlər.

Bundan əvvəl həkimlər qeyd etmişdilər ki, həm çox sürətli, həm də çox yavaş yuxuya getmə sağlamlıq problemlərindən xəbər verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar