Dilarə Əliyevanın qardaşının SON DURUMU
20 iyun 2025 11:14 (UTC +04:00)

Dilarə Əliyevanın qardaşının SON DURUMU

Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

“Ötən gün saat 14:40-da 43 yaşlı kişi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib”, - qeyd olunub.

O da bildirilib ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar