"Azercell"in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir
20 iyun 2025 11:58 (UTC +04:00)

"Azercell"in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

21 iyul – 5 sentyabr 2025-ci il tarixlərində Amazon Web Services (AWS)-in texnoloji dəstəyi ilə keçiriləcək “DataMinds Azercell” bootcamp proqramı tələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlib.

Təlimlər Azercell-in Data və AI komandasında çalışan ekspertlər tərəfindən aparılacaq və DataOps, MLOps və Generativ AI sahələrini əhatə edəcək.

Proqrama STEM ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü, 5-ci kurs bakalavr və magistratura tələbələri link üzərindən müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix: 27 iyun 2025-ci il.

Namizədlər üç mərhələli seçim prosesindən – proqram tələblərinə uyğunluq, dil və texniki bacarıq testləri, müsahibə – keçərək qiymətləndiriləcək.

Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaq və Azercell-də data və süni intellekt sahəsi üzrə təcrübə və iş imkanları əldə edəcəklər.

Ətraflı məlumat üçün: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar