Qulaq kiri  bu beyin xəstəliyinin XƏBƏRÇİSİDİR
20 iyun 2025 13:40 (UTC +04:00)

Qulaq kiri bu beyin xəstəliyinin XƏBƏRÇİSİDİR

Qulaq kiriniz milyonlarla insanın yoluxduğu xəstəlik barədə məlumat verə bilər. Bu kiçik test həyatınızı xilas edə bilər.

Alimlər qulaq kiri nümunələrindən əldə etdikləri VOC (uçucu üzvi birləşmələr) məlumatları sayəsində Parkinson xəstəliyinə dair mühüm detalları ortaya çıxarıblar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, nəticələr göstərib ki, bu birləşmələrin aşkarlanması ilə Parkinson xəstəliyini 94 faiz dəqiqliklə təxmin etmək mümkündür. Bu kəşf, invaziv olmayan, sürətli və etibarlı diaqnostika üsullarının inkişafı üçün ümidverici bir addım hesab olunur.

Xüsusilə dörd VOC birləşməsi Parkinson xəstələrində aşağıdakı nəticələri ortaya qoyur:

Etilbenzen və 4-Etiltoluen

Plastik və neft məhsullarında olan bu birləşmələr beyində iltihab proseslərini tetiklər.

Pentanal 

Yağların parçalanması zamanı əmələ gəlir və hüceyrə zədələnməsi ilə əlaqələndirilir.

2-Pentadanecyl-1,3-dioxole 

Dərinin mikrobiomundakı dəyişikliklərlə əlaqələndirilir və yağ mübadiləsindəki problemləri göstərir.

2023-cü ildə aparılmış genişmiqyaslı meta-analizdə də eyni şəkildə, Parkinson xəstələrinin nəfəsi və dərilərində sağlam insanlardan fərqli VOC-lərin olduğu sübut olunmuşdu. VOC-lər hüceyrə zədələnməsini artıran oksidativ stresin biokimyəvi göstəricilərindən biri sayılır. VOC-lərin ətraf mühit toksinləri ilə əlaqəsi Parkinsonun yalnız genetik deyil, həm də ətraf mühit faktorlarına güclü şəkildə bağlı olduğunu göstərir. ABŞ Milli Sağlamlıq İnstitutlarının fikrincə, ətraf mühit toksinlərinə məruz qalmaq Parkinsonun ən önəmli səbəblərindən biri hesab olunur.

Dünya üzrə 10 milyondan çox Parkinson xəstəsi mövcuddur və hər il təxminən 90.000 yeni hal qeydə alınır. Bu xəstəliyin inkişafını yavaşlatmaq mümkün olduğu üçün erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Qulaq kiri analizi kimi invaziv olmayan üsullar vasitəsilə xəstəliyin erkən mərhələdə aşkarlanması və uyğun müalicə planlarının daha tez həyata keçirilməsi mümkün ola bilər.

Araşdırmanın aparıcılarından biri Hao Dong qeyd edir ki, bu araşdırma hələlik Çində, kiçikmiqyaslı və bir mərkəzdə aparılıb. Növbəti mərhələdə fərqli etnik qrupları, daha çox xəstə sayını və çoxmərkəzli sınaqları əhatə edən araşdırmalar vasitəsilə bu metodun etibarlılığı test edilməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar