21 iyun saat 08:00-dan 22 iyun saat 22:00-dək Bakının mərkəzi küçələrindən biri bağlanacaq.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, bu, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədardır:
“Sözügedən küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”.