"Mahir Ay Brat" yenidən həbs olundu  - YENİLƏNİB
20 iyun 2025 10:29 (UTC +04:00)

"Mahir Ay Brat" yenidən həbs olundu - YENİLƏNİB

Meyxanaçı Mahir Qonşuyev Probasiya Xidmətinin təqdimatı əsasında həbs olunub.

Lent.az-ın məlumatına görə, təqdimata əsasən Yasamal rayon Məhkəməsi iyunun 10-da Mahir Qonşuyevin azadlığın məhdudlaşdırılması cəzasını azadlıqdan məhrumetmə ilə əvəzləyib.

Məhkəmənin qərarı ilə meyxanaçı 2 ay 29 gün müddətinə azadlıqdan məhrum olunub.

***
09:39

"Mahir Ay Brat" kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib.

Lent.az report-a istinadla bildirir ki, Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Hazırda Mahir Qonşuyev tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar