İngiltərə Premyer Liqasının rəhbərliyi "Mançester Siti" futbol klubunu oyunların dəfələrlə gecikdirilməsinə görə cərimələyib.
Lent.az xəbər verir ki, “Mançester Siti” 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında doqquz belə qayda pozuntusuna yol verib. Tərəflər razılığa gəlib, klub oyunun başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı qaydaları pozduğunu etiraf edib.
Hər bir sonrakı pozuntu cərimənin artmasına səbəb olub. Belə ki, ilk gecikməyə görə “vətəndaşlar” 40 min funt sterlinq ödəsə də, doqquzuncu üçün artıq 190 min funt-sterlinq ödəyib. Məlumata görə, ümumilikdə klub 800 min funt-sterlinq cərimə olunub ki, bu da bir milyon dollardan bir qədər çoxdur.
“Mançester Siti” başa çatan mövsümdə Premyer Liqada bürünc medallar qazanıb. 38 turda Xose Qvardiolanın rəhbərlik etdiyi komanda 71 xal toplayıb və ölkə çempionu olan "Liverpul"dan 13 xal geri qalıb. Vətəndaşlar bu mövsüm heç bir kubok qazana bilməyiblər və may ayında komanda FA Kubokunun finalında "Kristal Pelas"a uduzub.