Aprel döyüşlərində  iştirak edən erməni generalların ADLARI
20 iyun 2025 14:06 (UTC +04:00)

Aprel döyüşlərində iştirak edən erməni generalların ADLARI

İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “prezidentlik etmiş” Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədovanın suallarını cavablandırıb.

Lent.az xəbər verir ki, B.Sahakyan ifadəsində 2016-cı ildə baş vermiş, şərti olaraq Aprel döyüşləri adlandırılan hadisələr barədə suallara cavabında həmin vaxt əməliyyatlara kimlərin rəhbərlik etdiyini açıqlayıb. Məlum olub ki, həmin vaxt Ermənistan tərəfdən əməliyyatlara Ermənistanın müdafiə naziri general-polkovnik Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturov və Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin “ordusunun komandanı” Levin Mnatsakanyan rəhbərlik edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4900

Oxşar yazılar

Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı

Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı

14 avqust 2025 , 14:48
Marketdən külli miqdarda lotereya bileti  oğurlandı

Marketdən külli miqdarda lotereya bileti oğurlandı

14 avqust 2025 , 13:29
Lənkəranda uşağı maşın vurdu

Lənkəranda uşağı maşın vurdu

14 avqust 2025 , 13:22
Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

14 avqust 2025 , 13:00
Bakıda narkotacir qardaşlar  tutuldu

Bakıda narkotacir qardaşlar tutuldu

14 avqust 2025 , 12:16
"Avtoş"luq edən  daha bir motosiklet sürücüsü həbs edildi

"Avtoş"luq edən daha bir motosiklet sürücüsü həbs edildi

14 avqust 2025 , 11:15
Zaqatalada ƏMƏLİYYAT:   narkotik satan gənc tutuldu

Zaqatalada ƏMƏLİYYAT: narkotik satan gənc tutuldu

14 avqust 2025 , 10:33
Qubada yanğın törədən TUTULDU

Qubada yanğın törədən TUTULDU

14 avqust 2025 , 09:44