Qadın həkimə getdi, kişi olduğu  üzə çıxdı - ŞOK
20 iyun 2025 15:53 (UTC +04:00)

Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK

ABŞ-ın Kentukki ştatının sakini interseks olaraq doğulduğunu deyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 27 yaşlı Sierra Arenanın dediyinə görə, o, uşaqlıqda cinsinə heç vaxt şübhə etməyib və özünü həmişə sıradan bir qız hesab edib. Ancaq 16 yaşında yaşıdları kimi olmadığını görməyə başlayıb. Arenada menstruasiya olmayıb və o, menopoz üçün xarakterik simptomlar da yaşayıb.

Qadın bu problemlə həkimə müraciət edib. Bu zaman o, genetik olaraq kişi olduğunu öyrənib. Məlum olub ki, Arena zahirən qadın doğulsa da, onun DNT-si kişi xromosom dəstini - XY-ni kodlayıb. Onun yumurtalıqları düzgün inkişaf etmədiyi üçün cinsi yetkinliyə çata bilmir.

Qadının sözlərinə görə, əvvəllər özünəməxsusluğundan utanıb, indi isə bu barədə daha tez-tez danışmağa çalışır.

İnterseks insanlar reproduktiv sistemin anatomik və fizioloji xüsusiyyətləri ilə tipik kişi yaxud qadın xüsusiyyətlərinə uyğun gəlməyən insanlardır. Bu cür dəyişikliklər uşağın intrauterin inkişafı zamanı yaranır. Hazırda interseks insanların cinsi xüsusiyyətlərinin hormonal, xromosom, genetik və anatomik xüsusiyyətləri də daxil olmaqla 40-a yaxın variasiyası məlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar