Serialların ulduzu Cemre: Dərin dekolteli ilə öz “DAMĞASINI VURDU”
20 iyun 2025 10:56 (UTC +04:00)

Serialların ulduzu Cemre: Dərin dekolteli ilə öz “DAMĞASINI VURDU”

Türkiyədə son dövrlərin ən populyar simalarından biri olan, 26 yaşlı gözəl aktrisa Cemre Baysel qatıldığı bir tədbirdə gözəlliyi ilə diqqət mərkəzinə çevrildi.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Baysel, dərin dekolteli qara paltar seçimi ilə qısa müddətdə sosial mediada böyük marağa səbəb oldu.

Həm şəxsi həyatı, həm də karyerası ilə daim diqqətdə

Həm sevgi həyatı, həm də sənət fəaliyyəti ilə tez-tez gündəmə gələn Cemre Baysel, 2021-ci ildə rol aldığı “Baht Oyunu” serialında tanış olduğu həmkarı Aytaç Şaşmaz ilə münasibətə başlamışdı. Lakin cütlük gözlənilməz bir qərarla yollarını ayırdı.

Yay mövsümünü şık tərzi ilə açdı

Yay mövsümünü rəsmi şəkildə açan Cemre Baysel, bu dəfə bir brendin dəvəti ilə qatıldığı tədbirdə seçdiyi zərif geyimi ilə yenidən diqqət mərkəzinə düşdü. Bu görünüşü ilə sosial mediada ən çox danışılan məşhurlar arasına daxil oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar