Məhərrəmlikdə toy etsək  xoşbəxt olmayacağıq? - Dinşünasdan CAVAB
20 iyun 2025 14:10 (UTC +04:00)

Məhərrəmlikdə toy etsək xoşbəxt olmayacağıq? - Dinşünasdan CAVAB

Qarşıdan Məhərrəmlik ayı gəlir. Bu ayda hər hansısa rəsmi qadağa olmamasına rəğmən toy edənlərin sayı kəskin şəkildə azalır. İnsanlar inanırlar ki, toy etsələr Allahın qəzəbinə tuş gələrək, ya həmin an bədbəxt hadisə yaşayacaqlar, ya öləndən sonra cəhənnəmdə yanacaqlar, ya da ömür boyu xoşbəxtlik üzü görməyəcəklər.

Hətta bu inanca görə, Məhərrəmlikdə toy edənlərin də məclisinə getməkdən üz döndərirlər. 

Bəs bu inanclar nə qədər əsaslıdır? İslam dini Məhərrəmlikdə toy etməyi qadağan edirmi? Bu ayda evlənsək xoşbəxt olmayacağıq? 

Dinşünas Elşad Miri Lent.az-a açıqlamasında bildirib ki, Məhərrəmlikdə toy etməməyin İslam dininə, “Qurani-Kərim”ə heç bir aidiyyatı yoxdur:

"Hansısa ayda toy etmək qadağası heç vaxt olmayıb. Ümumiyyətlə belə bir anlayış yoxdur. Yanvarın 20-si, yaxud, kənddə şəhid olanda  toy edib-etməməyə insanlar özləri qərar verirlər. Bunlar birbaşa adət-ənənə ilə əlaqəli məsələlərdir. 

İslam dinində isə Məhərrəmlik ayında toy edib-etməməklə bağlı bir qağada, yaxud tövsiyyə yoxdur. Həmin ayda toy etməməyi yalnız bəzi müsəlmanlar adət halına gətiriblər. Onun İslam dininə, “Qurani-Kərim”ə heç bir aidiyyatı yoxdur”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949

Oxşar yazılar