Bir dəqiqəyə  makaronu   necə bişirmək olar?
22 dekabr 2023 19:13 (UTC +04:00)

Bir dəqiqəyə makaronu necə bişirmək olar?

Makaron tez hazır olan yeməklərdən biridir. Amma onun bir dəqiqədə bişirməyi hər kəs bilmir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, makaronu bişirməzdən əvvəl bir saat soyuq suda islatmaq lazımdır.

Unutmayın ki, makaron həcmi artacaq, islatma qabı böyük olmalıdır. Bir saatdan sonra suyu boşaldın, makaronun üzərinə duzlu qaynar su tökün və bir dəqiqə bişirin.

Qaynar su əlavə etdikdən sonra makaronu qarışdırmaq lazımdır ki, bir-birinə yapışmasın. Beləliklə, bir dəqiqə ərzində makaron bişmiş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11751
avatar

Arzu Qurbanlı

Oxşar yazılar