Canlandırıcı limonadı bir neçə dəqiqəyə  hazırlamaq üçün RESEPT
13 iyun 2025 13:30 (UTC +04:00)

Canlandırıcı limonadı bir neçə dəqiqəyə hazırlamaq üçün RESEPT

İsti havalarda soyuq limonad stəkanından yaxşı heç nə ola bilməz. Belə təravətləndirici içkini evdə cəmi bir neçə dəqiqəyə hazırlamaq mümkündür.

Lent.az limonad reseptini təqdim edir:

Market rəflərində müxtəlif dadlı limonadlar olsa da, evdə hazırlananlar həmişə ən faydalısıdır. Onlar yalnız susuzluğu yatırmır, həm də orqanizmi vitaminlərlə zənginləşdirir.

Tərkibi:

1 ədəd limon

2 ədəd portağal

2 litr su

100 qram şəkər

İstəyə görə buz və nanə

Sadə hazırlanma qaydası

Əvvəlcə bir qabda limon və portağalın qabığını sürtgəcdən keçirin. Üzərinə şəkər əlavə edin və limonla portağalın suyunu tamamilə sıxın. Qarışığı yaxşıca qarışdırın ki, şəkər tam ərisin. Sonra üzərinə 2 litr su əlavə edin və qarışığı bir neçə saat soyuducuda saxlayın ki, dadı otursun və soyusun.

İçməzdən əvvəl stəkana limon dilimləri, nanə və buz əlavə edə bilərsiniz. Bu ev limonadı təkcə dadlı deyil, həm də sağlamdır – yay günlərində əsl təravət bəxş edən içkidir. 

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar