İsti yeməyi soyuducuya qoysanız  nə baş verər? - bunu əsla etməyin
19 iyun 2025 13:56 (UTC +04:00)

İsti yeməyi soyuducuya qoysanız nə baş verər? - bunu əsla etməyin

Tez-tez bişmiş yeməkləri mümkün qədər tez soyutmağa çalışırıq və buna görə də onu hələ də isti halda soyuducuya qoyuruq.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, çox geniş yayılmış bir səhvdir. Amma belə etmək qətiyyən olmaz və səbəbləri bunlardır.

Niyə isti yeməyi soyuducuya qoymaq olmaz?

Məsələ ondadır ki, soyuducuda isti yemək həddindən artıq kondensat və şeh əmələ gətirir. Bu da onunla bağlıdır ki, yeməkdən buxarlanan rütubət soyuducunun sərin havası ilə qarşılaşdıqda buz və şehə çevrilir.

Bu nə ilə nəticələnir?

Zamanla bu buz əriməyə başlyır və drenaj sistemində çoxlu miqdarda su toplanır. Bu, drenajın daşmasına səbəb ola bilər. Nəticədə soyuducudan xoşagəlməz qoxular gələ bilər, bəzən isə hətta su sızması baş verir. Bundan əlavə, isti yemək soyuducunun kompressoruna güclü yük yaradır.

Kompressor normalda dövri olaraq işləyir, lakin isti yemək daxil olduqda o, fasiləsiz işləməli olur ki, temperatur artımını kompensasiya etsin. Əgər siz bu vərdişi davamlı etsəniz, kompressor həddindən artıq qızar və sıradan çıxa bilər.

Digər risklər

İsti yemək soyuducunun bəzi daxili hissələrinə də zərər vura bilər. Xüsusilə şüşə rəflər üçün təhlükəlidir — onlar temperaturun qəfil dəyişməsindən çatlaya bilər.

Plastik divarlar və ya qapının rezin izolyasiya hissələri də deformasiyaya uğraya bilər. Bu zaman qapı tam örtülməyəcək və kamera içində soyuqluğu saxlaya bilməyəcək. İsti yeməyi soyuducuya qoymaq nə soyuducunun sağlamlığına, nə də sizin rahatlığınıza xeyir gətirir. Yeməkləri əvvəlcə otaq temperaturuna qədər soyudun, sonra soyuducuya yerləşdirin.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar