17 ildir şəkər xəstəliyindən əziyyət çəkən əməkdar artist Kəmalə Rəhimlinin səhhətindən xəbər var. Lent.az-a açıqlama verən K.Rəhimlinin yaxınları bildirib ki, müğənni həkim nəzarətindədir: “Bildiyiniz kimi Kəmalə xanım 17 ildir ki, şəkər xəstəsidir. Xəstəlik səbəbindən gözləri zəifləyib və bu müxtəlif fəsadlara səbəb olub. Bir müddət öncə onu təzyiq artması ilə görmənin sürətlə zəifləməsi və şəkər xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirmişdik. Müalicə olunduqdan sonra evə gətirdik. İndi də ev şəraitində müalicə olunur".
Qeyd edək ki, K Rəhimli bir müddət öncə xəstəliyi ilə bağlı bunları demişdi: “Hamı deyir şəkər xəstəliyi həyat tərzidir, ancaq belə həyat tərzi olar?” İnsan gah ölür, gah dirilir. Yeyirsən, şəkərin qalxır. Yemirsən, şəkərin düşür. Bir də görürsən ki, həyəcan keçirmisən, şəkərin lap aşağı düşür”.