Soyuq havalardan sonra saçları  necə xilas etməliyik?
30 aprel 2025 23:27 (UTC +04:00)

Soyuq havalardan sonra saçları necə xilas etməliyik?

Soyuq havalardan sonra saçlar tez-tez solğun, quru və kövrək hala gəlir. Lakin saçları bərpa etmək elə də çətin deyil.

Lent.az-ın məlumatına görə, dermatoloqlar bildirirlər ki, reklamlara yox, şampunun tərkibinə diqqət yetirmək daha vacibdir. Məhz bəzi maddələr saçlara parıltı, yumşaqlıq və güc qazandırır.

L-arginin – gücləndirmə və saç uzanması üçün

Bu amin turşusu, saç follikullarını qidalandırmaq üçün əvəzolunmazdır. L-arginin baş dərisində qan dövranını yaxşılaşdırır, bu da saçların daha aktiv uzanmasına kömək edir. Eyni zamanda, saçın strukturunu möhkəmləndirərək onu elastik və daha az qırılan hala gətirir.

Qreyfrut çiçək suyu – tonus və balans üçün

Təkcə xoş qoxusu ilə deyil, həm də baş dərisinin yağ balansını tənzimləməsi ilə tanınır. Qreyfrut suyunun antioksidant xüsusiyyətləri sayəsində saçlar toz, günəş şüaları və temperatur dəyişiklikləri kimi xarici təsirlərdən qorunur.

Betain – nəmləndirmə və yumşaqlıq üçün

Betain güclü nəmləndirici kimi fəaliyyət göstərir. O, saçların nəmi saxlama qabiliyyətini artırır, onları hamar və parlaq edir. Eyni zamanda baş dərisindəki qıcıqlanmanı azaldır, xüsusilə də qışdan sonra bu xüsusiyyət çox aktuallaşır.

Üzüm çəyirdəyi yağı – elastiklik və parıltı üçün

Bu yüngül yağ saçları ağırlaşdırmadan onları bütün uzunluğu boyunca qidalandırır. Tərkibindəki vitamin E sayəsində saçın zədələnmiş quruluşunu bərpa edir və quruluğa qarşı təbii müdafiə yaradır.

Tərxun (kastor) yağı – dərin bərpa üçün

Kastor yağı saçlara təbii və gözəl parıltı verir. Eyni zamanda, saç uzanmasını stimulə edir və onları daha az qırılan hala gətirir.

Hindqozu yağı – buruq saçların qorunması üçün

Buruq və dalğalı saçlara sahib olanlar üçün hindqozu yağı ideal seçimdir. Bu yağ saçları dərin nəmləndirməklə yanaşı, istilik zamanı saçları qoruyur və bariyer rolunu oynayır. Ukladka (fen, düzləşdirmə) zamanı zərər görməmələri üçün əla vasitədir. Soyuq havalardan sonra saçları canlandırmaq üçün sadəcə doğru tərkibə malik şampun seçmək kifayətdir. Təbii yağlar, nəmləndirici və gücləndirici maddələr saçın sağlamlığını və gözəlliyini geri qaytarmağa kömək edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar