2025-ci il aprelin 24-də Ukraynada Məhəmməd Rəsulofun siyasi dramı "Müqəddəs Əncirin Toxumu" kinoteatrlarda nümayiş olunub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, film Almaniya adından "Oskar"a namizəd göstərilib və İranda totalitar rejimdə yaşanan ailə və cəmiyyət böhranını təsvir edir.
Əsərdə Tehrandakı İnqilab Məhkəməsinin hakimi İmanın ailəsi ilə münasibətlərində güvənsizlik və zorakılıq artır, nəticədə qadınların üsyanı baş verir.
Rejissor Məhəmməd Rəsulof uzun illərdir İran rejimini tənqid etdiyi üçün təzyiqlərə məruz qalıb. O, filmlərini ("Şəfəq", "Dəmir ada", "Vida", "Əlyazmalar Yanmır", "Rüşvətsiz", "Şər Yoxdur") gizli və risk altında çəkib. "Müqəddəs əncirin toxumu"nu da İranda gizli çəkərək, təhlükələrdən qaçıb və nəticədə piyada yolla ölkəni tərk edib.
Film 2024-cü ildə Kann Film Festivalında xüsusi mükafatlar qazanıb, San-Sebastyan və Sidney festivallarında da tamaşaçı mükafatlarına layiq görülüb. IMDb-də 7,6, Rotten Tomatoes-da 97 faiz tənqidçi razılığı, "Metacritic"də 84/100 bal alıb.