Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı
28 aprel 2025 15:08 (UTC +04:00)

Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyevin səhhəti yaxşılığa doğru gedir. 

Sənətçi Lent.az-a açıqlamasında bildirib ki, hazırda vəziyyəti stabildir:

“Səhhətim xeyli yaxşılaşıb. Allahın köməkliyi ilə 2-3 günə evə buraxılacağam. İllər əvvəl müalicə almaq üçün İrana, Türkiyəyə gedirdik. İndi Azərbaycan səhiyyəsi inkişaf edib. Mənə çox yaxşı baxırlar”.

Qeyd edək ki, Vahid Əliyev bir müddət əvvəl ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar