2025-in ən yaxşı  5 komediya   serialı -VİDEO
28 aprel 2025 17:56 (UTC +04:00)

2025-in ən yaxşı 5 komediya serialı -VİDEO

2025-ci ilin bu serial yenilikləri sübut edir ki, həyat gözlənilməz və parlaq macəralarla dolu ola bilər. Popkornunuzu hazırlayın və baxışın dadını çıxarın!

Lent.az sizin üçün yeni komediya seriallarının seçməsini təqdim edir.

"Playmaker xanım"

Qardaşı xəstəxanaya düşdükdən sonra Ayla Qordonun həyatı tamamilə dəyişir. O, ailəvi basketbol komandasının idarəçiliyini üzərinə götürür və oyunçular, personal və sponsorlar arasında yaranan münaqişələrlə üzləşir.

"Sürət dəyişməsi"

Qızı uşaqları ilə birlikdə onun emalatxanasına köçəndə Dikbaş dul Matın həyatı yeni rənglər qazanır. Qızı ərindən ayrılıb və atası ilə yaşamağa qərar verib, bu da, təbii ki, Matın həyat dinamikasını tamamilə dəyişir.

"Amandaland"

Bu hekayə, boşandıqdan sonra uşaqları ilə yeni bir məhəlləyə köçən enerjili Amanda ətrafında cərəyan edir. Burada o, yeni sosial və analıq problemləri ilə qarşılaşır və bu da bir çox gülməli vəziyyətlərlə müşayiət olunur.

"Büllur divar"

Bu Alman serialı peşəkar MMA döyüşçüsü haqqında danışır. O, milyonçu varis Nikolas Dardenin şəxsi mühafizəçisi olur. Eyni zamanda atasının ölümünün sirrini açmağa çalışır, lakin mühafizəçi ilə varisin arasında yaranan hisslər vəziyyəti daha da çətinləşdirir.

"Yaxşı/pis polis"

Sitkom ciddi Lu və özünə inamsız Henri haqqında danışır. Onlar həm polis əməkdaşı, həm də bacı-qardaşdırlar. İndi isə məcburən partnyor kimi işləməlidirlər. Onlar parlaq xarakterli şəhər sakinləri, ciddi resurs çatışmazlığı və aralarındakı mürəkkəb münasibətlərlə mübarizə aparmalı olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280

Oxşar yazılar