Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Minik avtomobilinin traktorla toqquşması nəticəsində 2 nəfər həyatını itirib.
Onlar minik avtomobilinin sürücüsü və sərnişini - 23 yaşlı Şamil Əmirəliyev və Vaqif Əhmədovdur.
Faktla bağlı araşdırma aparılır