ABBA Trampa seçki kampaniyasında hitlərindən istifadəni qadağan etdi
30 avqust 2024 11:58 (UTC +04:00)

ABBA Trampa seçki kampaniyasında hitlərindən istifadəni qadağan etdi

İsveçin məşhur ABBA qrupu ABŞ prezidentliyinə namizəd Donald Trampa seçki kampaniyası zamanı hitlərindən istifadəni qadağan edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, musiqiçilər bu qərarı siyasətçinin seçki mitinqində qrupun mahnısından istifadə etməsindən sonra veriblər.

ABŞ-ın Minnesota ştatında keçirilən mitinq zamanı Tramp ABBA qrupunun “The Winner Takes It All” mahnısını ifa edərək gələcək qələbəsinə işarə edib.

Lakin bu hərəkət qrup üzvlərini qəzəbləndirib və onlar Donalda mahnılarından istifadə etməyi qadağan ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar