Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ
07 fevral 2025 12:58 (UTC +04:00)

Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

Kürdəmirdə bıçaqlanma olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, rayonun Xırdapay kənd sakini, 16 yaşlı A.Y. aralarında yaranmış mübahisə zəminində həmyerlisi, 17 yaşlı K.Ş-yə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onların hər ikisi Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri olublar. Belə ki, A.Y. 10-cu, K. Ş. isə 11-ci sinifdə təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107

Oxşar yazılar