Ərini çaydanla  döyüb öldürdü
07 fevral 2025 11:58 (UTC +04:00)

Ərini çaydanla döyüb öldürdü

Britaniyalı qadın kişini çayniklə döyərək öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 36 yaşlı Yelizavet Ann Svini 26 iyun 2023-cü ildə polisə müraciət edib. Gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 49 yaşlı Nil Colinin meyitini tapıblar.

Meyitə baxış keçirən kriminalistlər küt əşya ilə yumruq və zərbələrin izlərini aşkar ediblər. Colinin başında və bədənində hematomalar müəyyən olunub. Müstəntiqlər hesab edirlər ki, Svini çaydanı silah kimi istifadə edərək ərini öldürüb.

Mübahisənin konkret səbəbləri barədə məlumat verilmir. Məhkəmədə Svini özünü müdafiə etmək üçün belə etdiyini və günahsız olduğunu deyib. Buna baxmayaraq, bir neçə məhkəmə prosesindən sonra münsiflər heyəti yekdilliklə onu təqsirli bilib. 

Martın 3-də hökm oxunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar