Ferdi Tayfurun vəsiyyəti açıqlandı... Qızı üsyan etdi
07 fevral 2025 09:35 (UTC +04:00)

Ferdi Tayfurun vəsiyyəti açıqlandı... Qızı üsyan etdi

Yanvarın 2-də dünyasını dəyişən Ferdi Tayfurun vəsiyyəti açıqlanıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Şirin Gözalıcı əmisi Ferdi Tayfurun mallarının bir hissəsini Türkiyə Silahlı Qüvvələrinə, Darüşşafaka Vəqfinə və LÖSEV-ə bağışladığını açıqlayıb. Sosial media hesabında qardaşı Timur Turanbayburtla fotosunu paylaşan Tuğçe Tayfur üsyan edib.

Tuğçe Tayfurun açıqlamasını təqdim edirik :

 "Yaşadıqca yanında olacağam, qardaş. Heç üzülmə. Böyrəyini atama verəndə yanında əlində böyüyən əmim oğlu Cumalı və bizlər vardıq, başqaları yox. Atamızı tanıyırıq, əgər vəsiyyəti olsaydı, bütün var-dövlətini qurumlara verərdi... Allah rəhmət eləsin, ancaq bunu unutma... ; Azlıq görünənlərə qarşı  çoxluq görünənlər haqlı deyil. Bu qarşı tərəfdən faydalanmaq deməkdir. Biz ölümündən 4 gün sonra, göz yaşımız hələ qurumamış yanımıza qaçaraq gəlib vərəsəlik şəhadətnaməsi tələb edəcəklərini gözləmirdik. Hamınıza ayıb olsun. Qurumları önə çıxarmaqla nə etdiyinizi gizlədə bilməzsiniz”.

 Daha heç nə deməyəcəyəm, amma bundan əl çəkməyəcəyəm! Sizi Türkiyə ədalətinə təslim edirəm, amma 1 il yox, 10 il müddətinə. İndi atamın adını çəkməyə belə cəsarət etməyin.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar