Rusiyanın Tümen vilayətində atışma törədən Azərbaycan vətəndaşları Maarif Əliyev və Rəsul Mansurovun məhkəməsi başlayır.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü il yanvarın 5-də Muravlenko küçəsində iki nəfərin düşmənlərinin olduğu avtomobilə atəş açması nəticəsində baş verib. Yayılan görüntülərdə sürücünün cinayətkarlardan uzaqlaşmağa çalışdığı, hücum edənlərin isə onun istiqamətinə atəş açdığı görünür. Atışma nəticəsində kişilərdən biri çiynindən güllə yarası alıb.
Hadisədən sonra zərərçəkən xəstəxanaya yerləşdirilib. Şübhəlilər federal axtarışa verildikdən bir ay yarım sonra Samarada saxlanılıblar. Həbs zamanı onlardan birinin üzündə nəzərəçarpacaq dərəcədə sıyrıqlar olub. Eyni zamanda onlar rus dilini anlamadıqlarını iddia ediblər.