İnsan beynində mikroplastik  hissəciklər
07 fevral 2025 11:18 (UTC +04:00)

İnsan beynində mikroplastik hissəciklər

ABŞ alimləri insan orqanizmində mikoplastik hissəciklərin səviyyəsini qiymətləndirən yeni bir araşdırmanın nəticələrini dərc ediblər.

Beyində 12 fərqli mikoplastik hissəcik

Lent.az  "The University of New Mexico Health Sciences Center"ə istinadən xəbər verir ki, bu dəfə onlar beyində 12 fərqli polimeri və o cümlədən məişətdə geniş istifadə olunan polietileni aşkar ediblər. Tədqiqatçılar mikroplastikin əsas mənbəyinin ət məhsulları ola biləcəyini düşünürlər. Hazırda dünyada plastik materialların istehsalı fasiləsiz şəkildə davam edir və yerli səviyyədə plastik torbaların və qablaşdırmaların qadağan edilməsi qlobal problemi həll etməyə kifayət etmir. Hazırda illik plastik material istehsalı 300 milyon tondan çoxdur, və təxminən 2.5 milyon ton plastik tullantı dünyanın okean sularında üzür.

Alimlər anlayırlar ki, mikro və nano-plastiklərin ətraf mühitdəki konsentrasiyası yalnız artacaq. Buna görə onlar bu hissəciklərin insan orqanizminə təsirini mütəmadi olaraq araşdırırlar. Yeni bir araşdırmada Nyu-Meksiko Universitetinin alimləri son 8 il ərzində insan beynindəki mikoplastik hissəciklərin miqdarının 50% artdığını müəyyən ediblər. Bu nəticəyə gəlmək üçün tədqiqatçılar lobus korteksindən (alın payı) götürülmüş 52 beyin nümunəsini analiz ediblər. Bu beyin bölgəsi qərar qəbuletmə, düşünmə, hərəkət və digər həyati funksiyalardan cavabdehdir. Araşdırma nəticəsində beyindəki mikoplastik hissəciklərin konsentrasiyasının qaraciyər və böyrəklərlə müqayisədə daha yüksək olduğu aşkar edilib.

Tədqiqat mikroskopik vizuallaşdırma və molekulyar analizlər vasitəsilə aparılıb, bunun sayəsində kimyəvi tərkib dəqiq müəyyən edilib. Ümumilikdə beyində 12 müxtəlif polimer, o cümlədən polietilen aşkar edilib. Tədqiqatın müəllifi Matthew Campen hesab edir ki, mikroplastikin əsas hissəsi insan orqanizminə qida, xüsusilə ət vasitəsilə daxil olur. "Ticarət məqsədilə ət istehsalı adətən plastik hissəciklərinin qida zəncirində cəmlənməsinə səbəb olur" - deyə Matthew bildirib. Araşdırma zamanı mağazalardan alınan ət məhsullarında yüksək miqdarda plastik aşkar edilib. Alimlər mikroplastikin orqanizmə uzunmüddətli təsirlərini öyrənməyə yeni başlayıblar. Məsələn, bir tədqiqat nəticəsində damar sistemində mikroplastikin olması insult, infarkt və ümumi ölüm riskini 5 dəfə artırdığı müəyyən edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar